Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Müstəqillik Gününə həsr olunan ümumrayon tədbiri keçirildi

0

  •         27.05.2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon Mədəniyyət Evində Müstəqillik Günü ilə bağlı ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatınının məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbələri, YAP Xocalı rayon təşkilatının üzvləri, ziyalılar iştirak etdilər.         Tədbir iştirakçıları əvvəlcə Xocalı rayon Mərkəzi Kitabxana Sisteminin təşkil etdiyi kitab sərgisinə baxış keçirdilər.       Mədəniyyət evində davam edən tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Azərbaycanın Dövlət Himni səsləndirildi.       Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Xocalı şəhər 4 saylı tam orta məktəbin "Əməkdar müəllim" fəxri adına layiq görülmüş Tarix müəllimi Xalidə Əmiraslanova, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dövlətimizin tarixində ən şanlı səhifələrindən biri kimi dəyərləndirərək 23 aylıq mövcudluğu dövründə dövlət quruculuğu siyasətindən danışdılar.       Çıxışlarda bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımız öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün qısa olmasına baxmayaraq, iki ilə yaxın müddətdə görülən işlər, o cümlədən elm, təhsil, mədəniyyət, xarici və daxili siyasət istiqamətində atılan addımlar milli dövlətçilik baxımından mühüm əhəmiyyət kəsb edir. Qısa zaman kəsiyində mövcud olsa da, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü öhdəlikləri şərəflə yerini yetirdi. Dövlət himninin və üç rəngli bayrağımız qəbul edildi 1919-cu ilin sentyabrında Bakı Dövlət Universiteti təsis edildi. Təhsil sistemi milliləşdirildi. Dövlətin ərazi bütövlüyü təmin edildi.       Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğradıldı. Lakin onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.      Natiqlər həmçinin vurğuladılar ki, bugünkü müstəqil Azərbaycanın qazandığı uğurlar hər bir vətəndaşa böyür qürur və fəxr hissi verir. Hər bir dövlətin müstəqil yaşaması üçün onun müstəqil siyasəti olmalıdır. Azərbaycan bu gün müstəqil siyasət yürüdür. Müstəqilliyimizin memarı olan Ümummilli lider Heydər Əliyev dünya siyasətinə istiqamət verən siyasətçilərdən idi. Bu gün Prezident İlham Əliyev irs-varislik ənənələrinə sadiq qalaraq Azərbaycanın müstəqil ölkə kimi daha da möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna çalışır. Ulu öndərin qoyduğu bünövrə üzərində Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatımız və ordumuz daha da gücləndi. Bunun nəticəsi olaraq işğal altında qalan torpaqlarımızı azad etdik.      Tədbirin gedişatında "Müstəqillik salnaməmiz" adlı sənədli film də nümayiş etdirildi.       Tədbir xoş ovqatla yekunlaşdı.       
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Müstəqillik Gününə həsr olunan ümumrayon tədbiri keçirildi

    Maraqlı gələ bilər
    57
    54
    23